Astarada qəzaya düşən qadın xəstəxanada infarktdan ölüb - YENİLƏNİB

Astarada qəzaya düşən qadın xəstəxanada infarktdan ölüb - <span style="color: red;">YENİLƏNİB
# 13 iyul 2017 12:59 (UTC +04:00)

Astarada yük avtomobili ilə toqquşan minik avtomaşınında olan sərnişin xəstəxanada ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astara sakini, 1980-ci il təvəllüdlü Xalid Tofiq oğlu Həsənovun idarə etdiyi “Mercedes” markalı minik avtomaşını yük avtomaşını ilə toqquşub. X. Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun sərnişini Şahbacı Rəhimova xəsarət almasa da, xəstəxanaya aparılıb. Sarsıntı keçirən qadın orada infarkt keçirərək ölüb.

***

11.01

Astarada yük avtomobili minik avtomaşını ilə toqquşub, bir nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astara sakini, 1980-ci il təvəllüdlü Xalid Tofiq oğlu Həsənovun idarə etdiyi “Mercedes” markalı minik avtomaşını yük avtomaşını ilə toqquşub. Nəticədə X. Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta-ağırdır.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR