Prokuror sosial şəbəkədən istifadəyə görə bacısını bıçaqlayan şəxsə 15 illik cəza istəyib

Prokuror sosial şəbəkədən istifadəyə görə bacısını bıçaqlayan şəxsə 15 illik cəza istəyib
# 05 dekabr 2016 10:07 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Ramil Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, R. Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Sonra təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses dekabrın 14-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə Bakının Suraxanı rayonunda Bülbülə qəsəbəsində qeydə alınıb. 36 yaşlı Ramil Nahid oğlu Əhmədovun bacısı 25 yaşlı Ramilə Əhmədovanı bıçaqlayıb. O, buna səbəb kimi bacısının sosial şəbəkədən istifadə etməsini göstərib. R. Əhmədov bacısına çoxsaylı zərbələr endirib. Yaralı xəstəxanaya gətirilib və dərhal əməliyyat olunub.

Hadisədən sonra Ramil Əhmədov Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verərək bacısını bıçaqladığını deyib.

31-ci Polis Bölməsinin əməkdaşları Ramil Əhmədovu saxlayaraq istintaqa təhvil veriblər.

Faktla əlaqədar Cinayət Məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR