Neftçalada yanğın olub, xəsarət alan var

Neftçalada yanğın olub, xəsarət alan var
# 28 mart 2017 07:16 (UTC +04:00)

Bu gün Neftçala rayonu, Astanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR