Milli Məclisin deputatı İsmayıllı rayonunda seçiciləri ilə görüşüb - FOTO

Milli Məclisin deputatı İsmayıllı rayonunda seçiciləri ilə görüşüb - <span style="color: red;">FOTO
# 31 iyul 2015 09:17 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin deputatı Novruz Aslanov seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayonuna növbəti dəfə səfər edib.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, İsmayıllı şəhərində yerləşən ofisində hər bir seçicini fərdi qaydada qəbul edib, onların problemləri ilə maraqlanıb. Qəbula gələn sakinlərin qaldırdığı məsələlər əsasən, sosialyönümlü və şəxsi məsələlər barədə olub. Bəzi məsələlər yerindəcə həll edilib, digərləri ilə bağlı deputat əlaqədar qurumlara müraciətlərin ediləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR