Akkan Suver haqqında kitabın təqdimatı keçirilib

Akkan Suver haqqında kitabın təqdimatı keçirilib
# 22 fevral 2017 12:58 (UTC +04:00)

Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin həyat və fəaliyyəti ilə bağlı “Akan Suver – xalqına həsr olunmuş illər” kitabı “Cəmiyyətə həsr olunmuş illər” adı ilə tərcümə edilib.

APA-nın məlumatına görə, tərcümə olunmuş nəşrin bu gün Atatürk Mərkəzində təqdimatı olub. Təqdimatda Atatürk Mərkəzinin sədri, deputat Nizami Cəfərov, Akkan Suver, kitabın müəllifi Engin Göklüçınar, deputatlar və ədəbiyyat adamları iştirak ediblər.

N. Cəfərov bildirib ki, kitab Atatürk Mərkəzinin əməkdaşı Afət Mamayeva tərəfindən tərcümə edilib və mərkəz tərəfindən nəşr olunub: “Engin Göklüçınar tərəfindən hazırlanmış kitabda Akkan Suverin fəaliyyətinin Azərbaycanla bağlı hissələrinə də nəzər yetirilir. Ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyev, mərhum dövlət xadimi Süleyman Dəmirəl və digər dünya şöhrətli şəxslərlə çəkilmiş nadir fotolar professorun fəaliyyəti barədə oxucuda aydın təsəvvür yaradır. Kitabda 30 ildən çox müddətdə səmərəli fəaliyyət göstərən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin qazandığı nailiyyətlərdən də bəhs olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR