Balakəndə yoldan keçən şəxsi vuraraq qaçan sürücünün kimliyi məlum olub

Balakəndə yoldan keçən şəxsi vuraraq qaçan sürücünün kimliyi məlum olub
# 03 yanvar 2017 15:11 (UTC +04:00)

Balakən rayonunda yoldan keçən şəxsi vuraraq hadisə yerindən qaçan sürücünün kimliyi məlum olub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 1-də saat 22 radələrində Balakən rayonunun Qabaqçöl qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Qaysa kənd sakini Məhəmməd Əlibəyov vurulub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib.

Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "VAZ-2104" markalı avtomobilin sürücüsü - Qaysa kənd sakini Kamil Xəlilov tərəfindən törədilməsi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR