Paşha Bank
Bank Of Baku

Zaqatalada karantin rejimi ilə bağlı reyd keçirilib - FOTO

Zaqatalada reyd

© APA | Zaqatalada reyd

# 16 fevral 2022 19:30 (UTC +04:00)

Zaqatala Rayon İcra Hakimiyyəti və Polis Şöbəsinin əməkdaşları karantin rejimindən irəli gələn qayda və tələblərə riayət olunmasının təmini məqsədilə şəhər ərazisində birgə nəzarət-profilaktik tədbirlər həyata keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən xəbərə görə, keçirilən tədbirlər zamanı COVID-19 pasportu tələb edilən ictimai iaşə obyektlərində, kafe və restoranlarda müştərilərin, eləcə də xidmət personalının peyvənd sertifikatları yoxlanılıb.

İkinci dozanın üzərindən 6 aydan çox keçmiş şəxslərin peyvənd sertifikatının fevralın 15-dən qüvvədən düşdüyü diqqətə çatdırılıb. Bu səbəbdən onların qeyd edilən məkanlara yalnız qüvvədə olan vaksin pasportu, immunitet, yaxud əks-göstəriş sertifikatı ilə buraxılacaqları izah olunub.

Həmçinin, mağazalarda tibbi maskadan istifadə etməyən alıcı və satıcılar müəyyən edilib, onların barəsində inzibati qaydada tədbir görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR