Məscidlərdə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir

Məscidlərdə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir
# 12 oktyabr 2016 08:00 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bu gün Azərbaycanda məscidlərdə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir.

APA-nın xəbərinə görə, aksiya Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

“Təzəpir” məscidində keçirilən aksiyanı izləyən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, artıq indiyə qədər ölkə üzrə 400-ə yaxın şəxs qan verib.

Aksiya ölkə üzrə 15 məsciddə keçirilir.

Qan vermək üçün müraciət edən şəxslərin xəstəliklərinin olub-olmadığı və qanda hemoqlobin səviyyəsi yoxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR