Bakıda əcnəbiyə qarşı cinayət törədilib

Bakıda əcnəbiyə qarşı cinayət törədilib
# 13 yanvar 2020 12:51 (UTC +04:00)

Bakıda əcnəbi vətəndaşa qarşı cinayət törədilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da əcnəbi vətəndaş Z.Kotsevaya zor tətbiq edərək içərisində 120 manat və açar olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş A.Qasımov saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR