“Vaksinlər çox önəmlidir. Vaksinasiya mütləqdir. Profilaktika hər zaman müalicədən daha effektivdir”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, vaksin olmayan zamanlarda ailələrdə 5 yaşa qədər uşaqlar sağ qalmırdı.