Qobustanda 46 yaşlı kişi dəm qazından boğulub

Qobustanda 46 yaşlı kişi dəm qazından boğulub
# 24 dekabr 2019 12:52 (UTC +04:00)

Qobustanda dəm qazından zəhərlənmə hadisəsi olub.

APA-nın məlumatına görə, hadisə rayonun M.Ə.Sabir küçəsi, ev 2 ünvanında qeydə alınıb.

Rayon sakini, 1973-cü il təvəllüdlü Bədirov Xaliq Xeyrulla oğlu yaşadığı evin hamamında duş qəbul edərkən dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR