Heydər Əliyev Sarayında “Muğam və Mənəviyyat” adlı konsert keçiriləcək

Heydər Əliyev Sarayında “Muğam və Mənəviyyat” adlı konsert keçiriləcək
# 09 oktyabr 2017 14:59 (UTC +04:00)

Noyabrın 1-də Heydər Əliyev Sarayında “Muğam və Mənəviyyat” adlı konsert keçiriləcək. Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Rast dəstgahı” muğamının səsləndiriləcəyi gecədə xalq artistləri Arif Babayev, Aygün Bayramova, Nəzakət Teymurova və əməkdar artist Ehtiram Hüseynov iştirak edəcəklər.

Fəraməz Gərmrudinin təqdimatında keçiriləcək gecədə xanəndələri "Könül" ansamblı müşayiət edəcək.

Saat 19:00 –da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə etmək olar.

Qeyd edək ki, APA, lent.az, vesti.az və APA TV konsertin informasiya dəstəkçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR