Sığorta hadisəsi ilə bağlı şikayətlərə baxılmasına dair təlimat hazırlanıb

Sığorta hadisəsi ilə bağlı şikayətlərə baxılmasına dair təlimat hazırlanıb
# 31 may 2018 14:43 (UTC +04:00)

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyinin Hüquq komitəsinin görüşü keçirilib.

ASA-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə Birliyin sədri Mustafa Abbasbəyli və Birliyin digər nümayəndələri, həmçinin, Hüquq komitəsinin üzvü olan şirkətlərin nümayəndələri iştirak edib.

Görüşdə “Sığorta vasitəçilərinin peşəkar davranış qaydaları” və “Sığortaçı və sığorta brokerlərində istehlakçıların şikayətlərinə baxılmasına dair təlimat” layihələrinə baxılıb. Layihələr komitə üzvləri tərəfindən geniş şəkildə müzakirə edilib. Layihələrdə sığortaçılar üçün əhəmiyyətli hesab olunan məqamlar vurğulanıb, eləcə də, buradakı mübahisəli məsələlərlə bağlı əlavə və dəyişiklik təklif edilib.

“Sığorta vasitəçilərinin peşəkar davranış qaydaları” və “Sığortaçı və sığorta brokerlərində istehlakçıların şikayətlərinə baxılmasına dair təlimat” layihələrinə Hüquq komitəsi tərəfindən verilmiş rəyin Birlik adından müvafiq orqana göndərilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR