Azərbaycan Dillər Universitetinə yeni dekanlar təyin olunub

Azərbaycan Dillər Universitetinə yeni dekanlar təyin olunub
# 27 fevral 2017 14:05 (UTC +04:00)

Azərbaycan Dillər Universitetində (ADU) yeni kadr təyinatları olub. ADU-dan APA-ya verilən xəbərə görə, ali məktəbin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayevin əmri ilə Samir Sabir oğlu Həmidov Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin, Vüsalə Elxan qızı Ağabəyli Filologiya və jurnalistika fakültəsinin, Zarina Natiq qızı Aslanova Tərcümə fakültəsinin, Fikrət Fətiş oğlu Cahangirov isə Pedaqoji (ingilis dili və alman dili üzrə) fakültənin dekanı vəzifəsinə təyin olunublar.
“Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”na müvafiq olaraq yaradılmış seçim komissiyası tərəfindən bir ay müddətində müraciət etmiş namizədlərin sənədləri araşdırılıb, onlarla müsahibələr təşkil olunub və müvafiq qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR