“Barselona” - “Yuventus” matçının hakimi müəyyənləşib

“Barselona” - “Yuventus” matçının hakimi müəyyənləşib
# 17 aprel 2017 10:51 (UTC +04:00)

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək daha iki matçın hakimləri müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, “Monako” və “Borussiya” (Dortmund), həmçinin “Barselona” ilə “Yuventus” arasında aprelin 19-da baş tutacaq cavab qarşılaşmasının referiləri açıqlanıb.

UEFA Fransada keçiriləcək “Monako” - “Borussiya” görüşünü sloveniyalı Damir Skominaya həvalə edib. “Nou Kamp”da oynanılacaq və böyük maraqla gözlənilən “Barselona” - “Yuventus” matçında isə hollandiyalı Byorn Kuypers ədalət təmsilçisi olacaq.

Qeyd edək ki, ilk matçlarda “Monako” 3:2, “Yuventus” isə 3:0 hesablı qələbə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR