Rusiyada baş verən yol qəzasında 7 nəfər ölüb

Rusiyada baş verən yol qəzasında 7 nəfər ölüb
# 24 iyun 2015 06:56 (UTC +04:00)

Bakı – APA. Rusiyanın Omsk vilayətində baş verən yol qəzasında 7 nəfər ölüb. APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, hadisə iyunun 24-də yerli vaxtla saat 03.00 radələrində Tümen-Omsk yolunun 436-cı kilometrliyində qeydə alınıb.

Omsk vilayətinin Krutinsk rayonu ərazisində “Lada Qranata” və “Toyota Mark II” avtomobilləri toqquşub. Nəticədə 5 nəfər yerindəcə keçinib, xəstəxanaya aparılan 3 nəfərdən 2-si orada ölüb.

Hadisə yerində operativ istintaq qrupu çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR