“Kapital Bank”da əhalinin əmanətləri 6% artıb

“Kapital Bank”da əhalinin əmanətləri 6% artıb
# 15 yanvar 2018 07:25 (UTC +04:00)

“Kapital Bank”ın aktivləri 1 yanvar 2018-ci il tarixinə 3,2 mlrd. manat təşkil edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə 1,8% artaraq 1,2 mlrd. manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2018-ci il tarixinə 2,4 mlrd. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 836,9 mln. manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 6% çoxdur.

Bankın 1 yanvar 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 299,9 mln. manat, nizamnamə kapitalı isə 185,9 mln. manat təşkil edir.

Qeyd edək ki, “Kapital Bank” “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR