Tovuz sakini bıçaqlanıb

Tovuz sakini bıçaqlanıb
# 21 iyul 2015 06:49 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuzda bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1970-ci il təvəllüdlü Fariz Əhmədov qarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Əməliyyat edilən 45 yaşlı F. Əhmədovun vəziyyətinin orta ağır olduğu bildirilir.

Tovuz Rayon Polis Şöbəsindən bildirilib ki, F. Əhmədov Röyal adlı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR