Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər
# 17 avqust 2015 12:36 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, xidmətdə fərqlənmiş bir qrup sərhədçinin Böyük Qafqaz sıra dağlarının Şahdağ ərazisində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər Əliyev zirvəsi”nə və 4042 metr yüksəklikdə yer­əşən “İlham Əliyev zirvəsi”nə ənənəvi yürüşü təşkil edilib.

Хudat sərhəd dəstəsinin «Хınalıq» sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirakçıları çətinlik dərəcəsinə görə “2 А” kateqoriyasına aid edilən zirvələri fəth ediblər. Zirvələrdə sərhədçilər tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Dövlət Bayrağımız sancılıb, qaya üzərinə Azərbaycan Sərhəd Mühafizəsinin 96 illiyinə həsr olunmuş lövhələr, Dövlət Sərhəd Xidmətinin emblemi və şüarlar yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR