"Kapital Bank" nizamnamə kapitalını 40 mln. manat artıracaq

"Kapital Bank" nizamnamə kapitalını 40 mln. manat artıracaq
# 27 iyul 2018 15:25 (UTC +04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatası "Kapital Bank" ASC-nin səhm emissiyasını dövlət qeydiyyatına alıb.

"APA-Economics" Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 12,39 manat olan 3 228 410 ədəd imtiyazlı səhmin dövriyyəyə buraxılmasını nəzərdə tutur.

Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 39,9 mln. manat və yaxud 21,5% artaraq 225,85 mln. manata çatacaq.

Qeyd edək ki, hazırda bankın nizamnamə kapitalı hər birinin nominal dəyəri 12,39 manat və 15 mln. ədəd adi sənədsiz adlı səhmlərdən ibarət olmaqla 185,850 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR