Ərdoğan və Mahmud Abbas arasında telefon danışığı olub

Ərdoğan və Mahmud Abbas arasında telefon danışığı olub
# 15 may 2018 01:45 (UTC +04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fələstin lideri Mahmud Abbas arasında telefon danışığı olub.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, tərəflər ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinə dair rəsmi Vaşinqtonun qərarını və ötən gün Qəzza zolağında baş verənləri qətiyyətlə pisləyiblər. Ərdoğan son hadisələrlə əlaqədar Fələstin xalqına başsağlığı verib.

Ötən gün Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 55 fələstinli ölüb, 3 minə yaxını yaralanıb.

Türkiyə Qəzza zolağında baş verən hadisələrlə əlaqədar İsrail və ABŞ-dakı səfirlərini geri çağırıb. Türkiyə prezidenti ölkədə 3 günlük matəm elan edildiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR