Gənclər və İdman Nazirliyi “Biliklər və elm aləminə virtual səyahət” layihəsi həyata keçirir

Gənclər və İdman Nazirliyi “Biliklər və elm aləminə virtual səyahət” layihəsi həyata keçirir
# 18 sentyabr 2013 17:42 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Gənclər və İdman Nazirliyi bir sıra şəhər və rayonlarda “Biliklər və elm aləminə virtual səyahət” layihəsi həyata keçirir.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihə çərçivəsində maarifləndirici-animasiya filmləri 2 ədəd “Atmosfera 360” sferik kinoteatrlarında nümayiş etdirilir.

Gün ərzində 5-6 seansla (giriş sərbəstdir) həmin regionların bütün yeniyetmə sakinlərinə filmləri seyr etmək imkanı yaradır. Filmlər Azərbaycan dilində nümayiş etdirilir. Bu kinoteatrlarda filmlər proyektorlar vasitəsilə 360 dərəcəli görüntülü kürə şəkilli tavana salınır. Beləliklə, filmin görüntüləri tamaşaçıları hər tərəfdən əhatə edir.

“Atmosfera 360” sferik kinoteatrlarında iki film nümayiş etdirilir - “Kaluokahina. Tilsimlənmiş rif” və “Kainatın sahibləri”. Hər iki film maarifləndirici və əyləncəli xüsusiyyətlər daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR