“Azər-Türk Bank” “Cash-in” bankomatını istifadəyə verib

“Azər-Türk Bank” “Cash-in” bankomatını istifadəyə verib
# 27 may 2014 14:01 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Azər-Türk Bank” nağd vəsaitləri kart hesablarına qəbul edən, o cümlədən kredit kart borclarını ödəmək imkanı verən müasir tipli “Cash-in” bankomatını artıq müştərilərin istifadəsinə verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, günün 24 saatı, həftənin 7 günü xidmət göstərən bu bankomat kommunal ödənişlərin və “Azercell” ödənişlərinin həyata keçirilməsini də təmin edir.

Bankomat bankın “Mərkəz” filialında (İslam Səfərli küç. 5) quraşdırılıb.

Bundan başqa bankın Sumqayıt şəhərində də yeni ATM-i istifadəyə verilib. Sumqayıt şəhəri Sülh küçəsi, 34 məhəllə 20/13 ünvanında yerləşən yeni ATM müştərilərin xidmətinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR