Tailandda baş vermiş ağır yol qəzasında 29 nəfər ölüb

Tailandda baş vermiş ağır yol qəzasında 29 nəfər ölüb
# 27 dekabr 2013 02:34 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Tailandın şimal-qərbində yerləşən Çianqray əyalətində sərnişin avtobusu dərəyə düşüb. Nəticədə 29 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.

Ölkənin rəsmi qurumları avtobusda olan turistlərin milliyyəti ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Qəzanın səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR