Lənkəranda sənətkarlıq sərgisi keçirilir - FOTO

Lənkəranda sənətkarlıq sərgisi keçirilir - <span style="color: red;">FOTO
# 27 noyabr 2013 16:57 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Dəmirağacı” II sənətkarlıq sərgisi keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun klub və mədəniyyət evlərində Azərbaycanın qeyri-maddi mədəni irsinin, sənətkarlıq nümunələrinin təbliğ və inkişaf etdirilməsi, xalq sənətkarlığı nümunələrinə marağın daha da artırılması və şifahi xalq yaradıcılığının gənc nəslə tanıtdırılması məqsədi daşıyan tədbirdə yerli sənətkarların dulusçuluq, dülgərlik, dəmirçilik, dekorativ tətbiqi xalq sənəti, oyma, döymə, toxuma, biçmə, daş yonma və s. üzrə əl işləri nümayiş etdirilib.

Həftə boyu davam edəcək sərgidə ən çox tamaşaçı marağı qazanan əl işləri və sənətkarlar sonda “Ustad sənətkar “və laureat diplomları ilə mükafatlandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR