Ukrayna DİN: “Kiyevdə etirazçıların açdığı atəşdən 2 milis əməkdaşı həlak olub

Ukrayna DİN: “Kiyevdə etirazçıların açdığı atəşdən 2 milis əməkdaşı həlak olub
# 18 fevral 2014 18:42 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Rada” parlament kanalının canlı efirində Avropa meydanından milis polkovniki bildirib: “Milis əməkdaşlarından biri “Makarov” tipli tapançadan açılan atəş nəticəsində həlak olub, ikincisi isə “Kalaşnikov” avtomatından atılan güllədən həlak olub”, deyə polkovnik bildirib. Onun sözlərinə görə, asayiş keşikçiləri hazırda sonrakı hərəkətlərinə dair əmr gözləyirlər.

Məlumata görə, hazırda milis qüvvələri etirazçıları Qruşevski küçəsindən və Avropa meydanından çıxararaq ərazini barrikadalardan təmizləyir.

Məlumata görə, Kiyevin mərkəzində metropolitenin fəaliyyəti dayandırılıb. Yol polisi Kiyevə giriş yollarını ciddi nəzarətə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR