ABŞ prezidenti Cekson-Venik düzəlişini ləğv edib

ABŞ prezidenti Cekson-Venik düzəlişini ləğv edib
# 21 dekabr 2012 07:49 (UTC +04:00)

Bakı - APA. ABŞ prezidenti Barak Obama Rusiya və Moldovaya münasibətdə Cekson-Venik düzəlişinin ləğvi barədə bəyannamə imzalayıb.

APA-nın xəbərinə görə, Ağ Evin saytında yayılan bəyannamədə qeyd olunur ki, Rusiya ilə daimi ticarət münasibətləri ABŞ-a bu ölkə ilə iqtisadi əlaqələr zamanı Ümumdünya Ticarət Təşkilatının verdiyi bütün hüquqlardan istifadə etmək imkanı verəcək.

Qeyd edək ki, 1974-cü ildə ABŞ-da “Ticarət haqqında” qanuna Cekson-Venik düzəlişi qəbul edilib. Bu, ali təhsilli sovet vətəndaşlarının emiqrasiyasına qadağa qoyan qanuna ABŞ-ın cavab addımı olub. Məqsəd bazar iqtisadiyyatına malik olmayan və insan hüquqlarını pozan ölkələr, ilk növbədə SSRİ ilə ticarət və emiqrasiya münasibətlərini məhdudlaşdırmaq hüququnu istənilən an reallaşdıra bilmək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR