Elşad Abdullayevlə Gülər Əhmədovanın videosunda adı hallanan Sevinc Babayevanın yerinə təyinat olub

Elşad Abdullayevlə Gülər Əhmədovanın videosunda adı hallanan Sevinc Babayevanın yerinə təyinat olub
# 19 noyabr 2012 09:50 (UTC +04:00)

APA-nın məlumatına görə, M.Ə. Sabir adına kitabxana-klubuna Aliyə Kərimova direktor təyin edilib. Kitabxanadan APA-ya bildirilib ki, artıq 10 gündür ki, A. Kərimova vəzifəsinin icrasına başlayıb.


Xatırladaq ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Videomaterialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.

Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisədə adı hallanan G. Əhmədova istintaq tərəfindən dindirilib. S. Babayevanı tapmaq mümkün olmadı üçün onun ifadəsi alınmayıb. Hazırda onun harada olması barədə heç bir məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR