AZAL 10 yeni helikopter alıb

AZAL 10 yeni helikopter alıb
# 21 dekabr 2012 11:45 (UTC +04:00)

APA-nın şirkətin mətbuat xidmətinə istinadən xəbərinə görə, “Azərbaycan Hava Yolları” (AZAL) ilə imzalanan 115 mln. avroluq müqaviləyə əsasən şirkət Azərbaycana 10 (8 “AW-139s” və 2 “AW-189s” tipli) helikopter satacaq. Onlar ofşor daşımalar, fövqəladə tibbi xidmətlər, axtarış-xilasetmə əməliyyatları və VİP xidmətlər üçün istifadə olunacaq.

Şirkətin icraçı direktoru Bruno Spanyoli bildirib ki, bu müqavilə ilə AZAL ən son texnologiyalara və təhlükəsizlik standartlara sahib çıxacaq: «Bu nailiyyətlə biz regionda gələcək imkanlarımızı qorumuş olduq. “AW-139s” və “AW-189s” helikopterlərinin seçilməsi onların üstünlüyünü və beynəlxalq bazarlarında rəqabətliyinə davamlı olduğunu göstərir”.

“AgustaWestland”ın kommersiya şöbənin vitse-prezidenti Emilio Dalmasso isə bildirib ki, şirkətin istehsal etdiyi “AW-139s” helikopterləri dünyanın 60-dan çox ölkəsində istifadə olunur: “Helikopterlər ən son standartlara cavab verir, yüksək göstəricilərə malikdir və onların saxlanılması çox böyük vəsaitləri tələb etmir. Biz qürur duyuruq ki, AZAL öz gələcək ehtiyacları qarşılamaq üçün bizimlə əməkdaşlıq etməyə üstün tutub”.

Qeyd edək ki, “AW-189s” helikopterləri 2011-ci ildən istehsal olunur və əsasən yükdaşımalarda istifadə olunur. Helikopter 16-18 nəfəri və 8000 kq yük daşıya bilər. Onun uzunluğu 17,6 metr, maksimal sürəti isə saatda 278 km təşkil edir. “AW-139s” helikopterləri isə 15 nəfəri daşıya bilər. Uzunluğu 13,77 metr, maksimal sürəti saatda 310 km təşkil edir və bu tipli helikopterlər müxtəlif əməliyyatlarda istifadə üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR