İranda daha bir nəfər edam edilib

İranda daha bir nəfər edam edilib
# 10 dekabr 2012 12:30 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Simnan şəhərində bu gün 1 nəfər edam edilib. APA-nın məlumatına görə, bu barədə Simnan prokuroru Məhəmməd Sadiqi Niya açıqlama verib. O bildirib ki, həbs edilən zaman üzərindən 3.470 kiloqran narkotik maddə götürülən və narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən məhbus barədə Simnan İnqilab Məhkəməsi ölüm hökmü çıxarıb. Məhbus əfv edilməsi üçün müraciət etsə də, İran Ali Məhkəməsi edam qərarını təsdiq edib. Ölüm hökmü Simnan həbsxanasında icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR