Heroin satışı ilə məşğul olan Zaqatala və Şəki sakinləri saxlanılıb

Heroin satışı ilə məşğul olan Zaqatala və Şəki sakinləri saxlanılıb
# 12 iyun 2016 10:36 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qaxda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Zaqatala və Şəki sakinləri saxlanılıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Qax rayon Polis Şöbəsinin əməkdaşlarının iyunun 11-i keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala rayonu Aşağı Tala kənd sakini Mahir Həmzat oğlu Hacıyev şübhəli şəxs qismində saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə ondan iki bükümdə, ağır narkotik vasitə hesab olunan heroin aşkarlanaraq götürülüb. M. Hacıyevin ətrafında keçirilən əməliyyat nəticəsində məlum olub ki, o narkotik vasitəni törətdiyi əməllərə görə bir-neçə dəfə məhkumluq həyatı yaşayan, Şəki şəhər sakini Natiq Ramiz oğlu Xəlilovdan satış məqsədi ilə alıb. Əməliyyat nəticəsində hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Qax RPŞ-də araşdırma aparılı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR