Bakı Metropolitenində qatar idarəetməni itirib, sərnişinlər təcili evakuasiya olunub

Bakı Metropolitenində qatar idarəetməni itirib, sərnişinlər təcili evakuasiya olunub
# 04 dekabr 2012 09:40 (UTC +04:00)

Sərnişinlərin APA-ya verdiyi məlumata görə, metronun “28 May” stansiyasında qatarda olan bütün sərnişinlərdən vaqonları tərk etmək xahiş olunub. Sərnişinlər qatarları tərk etdikdən sonra dərhal metrodan evakuasiya ediliblər. Sərnişinlərə evakuasiyanın səbəbi açıqlanmayıb.

Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov APA-ya açıqlamasında metroda yaşanmış problemi təsdiqləyib. O, qeyd edib ki, metronun “İçərişəhər” stansiyasında hərəkətdə olan qatar idarəetməni itirib: “Bu səbəbdən sərnişinlər həmin qatardan boşaldılıb. Xəttə yeni qatar buraxıldıqdan sonra hərəkət bərpa edilib”.

E. Muradov hazırda metronun normal rejimdə fəaliyyət göstərdiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR