Finlandiya – Azərbaycan oyununun vaxtı dəqiqləşib

Finlandiya – Azərbaycan oyununun vaxtı dəqiqləşib
# 28 fevral 2013 08:56 (UTC +04:00)

Bakı – APA. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Finlandiya ilə keçirəcəyi yoxlama oyununun vaxtı və yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Skandinaviya ölkəsində təlim-məşq toplanışı komandamızın martın 18-də baş tutacaq ilk matçı yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq.

Qarşılaşma paytaxt Helsinkinin Tali qəsəbəsində baş tutacaq. 2008-ci ilə aid olan son statistik göstəricilərə əsasən əhalisi 1078 nəfər olan bu qəsəbə 1952-ci ildə Yay Olimpiya Oyunlarının atçılıq idmanı yarışlarını qəbul etməsi ilə tanınır.

Qeyd edək ki, Finlandiya ilə matçdan sonra yığmamız martın 22-də və 24-də Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə 2 yoldaşlıq oyunu da keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR