İndoneziya Regional Nümayəndələr Şurasının sədri ADU-da olub

İndoneziya Regional Nümayəndələr Şurasının sədri ADU-da olub
# 21 dekabr 2012 12:18 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Bu gün Bakıda səfərdə olan İndoneziya Regional Nümayəndələr Şurasının sədri İrman Qusmanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Səmədovla görüşüb.

APA-nın məlumatına görə, görüşdə tərəflər ADU ilə İndoneziya arasında əməkdaşlığın genişlənməsi, tələbə-müəllim mübadiləsi, əməkdaşlığın gələcək inkişaf persperktivlərini müzakirə edib.

Qeyd edək ki, ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində 2007-ci ildən İndoneziyaşünaslıq ixtisası fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR