Bakıda avtomobildən külli miqdarda narkotik tapılıb

Bakıda avtomobildən külli miqdarda narkotik tapılıb
# 24 dekabr 2012 08:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda avtomobildən xeyli miqdarda narkotik tapılıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 23-də Babək prospektində Anar Tanrıverdiyevin idarə etdiyi «Range Rover» markalı avtomaşın şübhə doğurduğundan Xətai Rayon Polis İdarəsi 37-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və salondan 1 kiloqramdan artıq marixuana aşkar olunub.

Sürücü A. Tanrıverdiyev və sərnişinləri - Ruslan Yaqubov, Anar Allahverdiyev, Qabil Kərimov və Ramil Əsgərov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR