Pentaqon: Son zamanlar Fars körfəzində heç bir pilotsuz təyyarə itirməmişik

Pentaqon: Son zamanlar Fars körfəzində heç bir pilotsuz təyyarə itirməmişik
# 04 dekabr 2012 13:15 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Pentaqon İranın ABŞ-a aid pilotsuz təyyarəni ələ keçirməsi ilə bağlı yayılan xəbəri təkzib edib.

APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasından açıqlama verilib.

Bildirilib ki, Pentaqon heç bir pilotsuz təyyarəsini Fars körfəzində itirməyib: “İranın ABŞ-a aid pilotsuz təyyarəni ələ keçirməsi xəbərinə izahat vermək istəmirik. Son zamanlar Hərbi Dəniz Qüvvələrimiz pilotsuz təyyarəsini itirməyib. Lakin yayılan məlumatı özümüz də araşdırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR