Balakəndə yanğın olub

Balakəndə yanğın olub
# 28 noyabr 2012 06:20 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Azərbaycanın Balakən rayonunda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyi (FHN) Balakən Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın rayonun Kortala kəndində Mehman Şıxıyevin həyətyani sahəsində tikilmiş, ümumi sahəsi 80 kv/m olan mal tövləsində qeydə alınıb.

Hadisə yerinə Balakən rayon YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində mal tövləsinin yanar konstruksiyaları və 9 ton quru ot kütləsi yanıb.

Balakən rayon YMH-nin əməkdaşlarının səyi nəticəsində yanğının genişlənərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı Balakən rayon YMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR