XVIII Avrasiya İqtisadi Zirvəsində Azərbaycanın iqtisadi layihələrindən bəhs olunub

XVIII Avrasiya İqtisadi Zirvəsində Azərbaycanın iqtisadi layihələrindən bəhs olunub
# 09 aprel 2015 00:27 (UTC +04:00)

APA-Economics” AzərTAc-a istinadən xəbər verir ki,, rəsmi açılışdan sonra Zirvə “İpək yolu: iqtisadiyyat, enerji və yüksək texnologiyalar” və “İqtisadiyyat və demokratik əlaqələr, cəmiyyətdəki qeyri-bərabərlik” mövzuları üzrə ayrı-ayrı bölmələrdə davam etdirilib.

“İpək yolu: iqtisadiyyat, enerji və yüksək texnologiyalar” bölməsində Azərbaycanın energetika naziri Natiq Əliyev, Çexiyanın ticarət və sənaye naziri Jan Mladek, Avstriyanın keçmiş baş naziri Erhard Busek, “İqtisadiyyat və demokratik əlaqələr, cəmiyyətdəki qeyri-bərabərlik” mövzusuna aid bölmədə isə professorlar Emre Alkın, Nilüfer Narlı, Gulazat Tuerxun və başqaları çıxış ediblər.

Çıxışlarda Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsi və Qərb istiqamətində nəqli, qədim İpək Yolunun bərpa olunmasının Avrasiya məkanına müsbət təsiri, bu dəhliz ətrafında həyata keçirilən digər layihələrin səmərəliliyi, TANAP və TAP layihələrinin dünyanın enerji təhlükəsizliyinə təsir imkanları, Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri layihələrin regional və beynəlxalq mühitdəki yeri və rolu, inkişaf və tərəqqinin insan haqlarının qorunması və demokratik inkişaf proseslərinə müsbət təsiri məsələlərindən bəhs olunub.

Azərbaycanın inkişaf strategiyasından yaranan iqtisadi layihələr barədə məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Zirvə aprelin 9-da işini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR