Şah İsmayıl Xətainin nəfis xətt nümunəsi aşkarlanıb

Şah İsmayıl Xətainin nəfis xətt nümunəsi aşkarlanıb
# 15 noyabr 2012 11:52 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutundan APA-ya verilən xəbərə görə, nümunədə Şah İsmayıl Həzrət Əlinin 100 kəlamını gözəl bir xətlə qızılı və mavi mürəkkəblə köçürüb. Yazıların arasında onların fars dilinə tərcüməsi naməlum xəttat tərəfindən nəfis nəstəliq xətti ilə iki sütunda yazılıb. Müxtəlif rəngli vərəqlərə köçürülmüş və cildlənmiş əsərin 15 səhifəsindən 11-i mühafizə edilib.

Ehtimal edilir ki, bu xətt nümunəsi Çaldıran döyüşündən əvvəl yazılıb. Osmanlı imperatoru I Səlim Təbrizin işğalı zamanı bu əlyazmanı da ələ keçirib, əsər sonralar Avropaya aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR