Krasnoyarsk-Bakı təyyarəsi paytaxta 5 saat gecikmə ilə enəcək

Krasnoyarsk-Bakı təyyarəsi paytaxta 5 saat gecikmə ilə enəcək
# 26 dekabr 2012 13:33 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «NordStar Airlines» aviaşirkətinin («Taymır» ticarət nişanı) 707 saylı Krasnoyarsk-Bakı aviareysi üzrə uçan təyyarə bu gün Bakıya gecikmə ilə gələcək. Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.

Aeroportdan verilən məlumata görə, Krasnoyarsk-Bakı aviareysini yerinə yetirən «Boeing-737-800» təyyarəsi Bakıda cədvəl üzrə saat 14:20-də enməli idi. Hava limanında aviareysin gecikməsinin səbəblərini açıqlamasalar da, qeyd ediblər ki, bu marşrut üzrə avialayner artıq saat 14:06-da (yerli vaxtla) Krasnoyarsk aeroportundan havaya qalxıb və Bakı vaxtı ilə saat 18:40-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək.

«Bu səbəbdən bu gün saat 15:40-da yerinə yetirilməli 708 saylı Bakı-Krasnoyarsk aviareysi üzrə uçuş saat 19:50-də həyata keçiriləcək», - deyə Bakı aeroportundan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR