Bakıda Koreya milli mətbəxi festivalı keçirilib - FOTOSESSİYA

Bakıda Koreya milli mətbəxi festivalı keçirilib   - <span style="color: red;">FOTOSESSİYA
# 29 noyabr 2012 18:55 (UTC +04:00)

Bakı.Viktoriya Dementyeva-APA. Bu gün Bakıda Koreya milli mətbəxi festivalı keçirilib.

APA-nın verdiyi xəbərə görə, tədbir Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Koreyanın Bakıdakı səfiri Ço Suk-İnn öz çıxışında qeyd edib ki, başqa xalqların milli mətbəxi, ənənələri ilə tanışlıq ölkələr arası mədəni əlaqələrin genişlənməsinə xidmət edir. O bildirib ki, bu il Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin qurumasının 20 illiyi qeyd olunub.

Tədbirdə çıxış edən Azərbaycan Milli Kulinariya Mərkəzinin sədr müavini Ceyran Əsgərova bu tədbirin təşkilinə görə Koreya səfirliyinə təşəkkürünü bildirərək qeyd edib ki, bu festival iki xalqın bir-birini daha yaxından tanımasına yardım edəcək.

O xatırladıb Koreya mətbəxinin festivalı Azərbaycanda ikinci dəfə keçirilir.

Festival iştirakçıları Koreya mətbəxinin nümunələri ilə tanış olublar.

Tədbirdə Bakıda akkreditə olmuş bir necə səfirliklərin başçıları, dövlət qurumlarının nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR