Tələbə və məzunların işlə təmin olunması üçün yeni layihə həyata keçiriləcək

Tələbə və məzunların işlə təmin olunması üçün yeni layihə həyata keçiriləcək
# 07 dekabr 2012 11:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti iş axtaran tələbə və məzunların işlə təmin olunması üçün yeni layihə həyata keçirəcək. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlama xidmətin rəis müavini Nazim Əliyev bildirib ki, bir çox hallarda ilk dəfə iş axtaran məzun və tələbələrdən işləmək üçün müəyyən təcrübə tələb olunur: “Bu isə onlarda müəyyən cəhətdən çətinliklər yaradır. Bu kimi problemlərin aradan qaldırılması üçün Dövlət Məşğulluq Xidməti layihə hazırlayacaq. Həmin layihə işə götürülənlərin dövlət tərəfindən müəyyən dotasiyalarının olmasına xidmət edəcək”.

Əlil insanların da iş yerlərinə cəlb olunması məsələsinə toxunan rəis müavini bildirib ki, onların məşğulluğu ilə bağlı kvotalar tətbiq olunur: “Bu təbəqədən olan insanlar bu kvotalar daxilində iş yerləri ilə təmin olunurlar. Fiziki qüsurlu şəxs işə qəbul olunduqdan sonra onun fəaliyyəti barədə bizə məlumat verilir”.

N.Əliyev qeyd edib ki, ötən dövr ərzində işlə təmin olunmaq istəyən 35 minədək insan Dövlət Məşğulluq Xidmətinə müraciət edib. Onlardan yalnız 22700 nəfər müvafiq işlə təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR