Azərbaycan prezidenti Çin nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti Çin nümayəndə heyətini qəbul edib
# 17 dekabr 2012 13:52 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev dekabrın 17-də Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin sədr müavini Bay Liçenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, Azərbaycanla Çinin dost dövlətlər olduğunu vurğulayan prezident İ. Əliyev ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib, ölkələrin dostluq və tərəfdaşlıq əlaqələrini davam etdirmək əzmində olduğunu deyib.

Dövlət başçısı Çin şirkətlərinin Azərbaycana olan marağının önəmini qeyd edib. Enerji sektorunda əməkdaşlığın razılıq doğurduğunu vurğulayan prezident nəqliyyat sahəsində də əlaqələrin yaxşı perspektivlərə malik olduğunu deyib.

Öz növbəsində, Azərbaycanla Çin arasında dostluq əlaqələrinin uzun tarixə malik olduğunu vurğulayan B. Liçen bu səfərin Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əlaqələrin və xalqlar arasında dostluq münasibətlərinin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR