Azərbaycan və BMT 2015-ci ildən sonrakı əməkdaşlıq haqqında dialoq aparır

Azərbaycan və BMT 2015-ci ildən sonrakı əməkdaşlıq haqqında dialoq aparır
# 23 noyabr 2012 15:05 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan və BMT 2015-ci ildən sonrakı əməkdaşlıq haqqında dialoq aparır. APA-nın xəbərinə görə, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Bruk deyib. O bildirib ki, dialoq zamanı tərəflər 2015-ci ildə yekunlaşacaq “Minilliyin inkişaf məqsədləri” planından sonrakı əməkdaşlıq sahələrini müzakirə edəcəklər.

Dialoq və əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi 2013-cü ilə nəzərdə tutulub. Dialoqun nəticələri BMT Baş Assambleyasının 2014-cü ildə keçiriləcək sessiyasında müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR