Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan arasında yeni nəqliyyat sazişi imzalanıb

Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan arasında yeni nəqliyyat sazişi imzalanıb
# 29 noyabr 2012 11:53 (UTC +04:00)

APA-nın IRIB-ə istinadən məlumatına görə, saziş Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinin (TRACECA) nəqliyyat şəbəkələri və yük daşımalarının daha da inkişaf etdirilməsi üçün ortaq hərəkət edilməsini əks etdirir.

Müqaviləyə əsasən, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Batumi-Trabzon magistralı beynəlxalq tələblərə uyğun olaraq yaxşılaşdırılmalıdır.

Qeyd edək ki, saziş Türkiyənin İzmir şəhərində keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələrinin nəqliyyat nazirlərinin toplantısı çərçivəsində imzalanıb. Yığıncaqda Azərbaycan, Gürcüstan, Moldova, Rumıniya, Əfqanıstan, Bolqarıstan, İran, Qazaxıstan, Rusiya, Ukrayna, Yunanıstan, Ermənistan və Serbiyanın nəqliyyat nazirləri və digər rəsmilər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR