Bakıda Azərbaycan-BƏƏ biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-BƏƏ biznes forumu keçiriləcək
# 08 noyabr 2012 14:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabrın 14-də Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) biznes forumu keçiriləcək.

Azpromo-dan «APA-Economics»ə veriən məlumata görə, tədbirdə kənd təsərrüfatı və qida sənayesi, neft sənayesi, tikinti, təhsil, aviasiya, yük daşınmaları, turizm, ticarət, metallurgiya, tullantıların idarə edilməsi, tekstil istehsalı, tibbi ləvazimatların təchiz atı, bioyanacaq istehsalı və digər sektorları təmsil edən BƏƏ sahibkarları iştirak edəcəklər.

Biznes forumda iştirak etmək istəyən iş adamları Azpromo-ya müraciət edə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR