Ziyafət Əsgərov: “Qəbələ RLS-in istismarının dayandırılması iki ölkə arasındakı münasibətlərə heç bir təsir göstərə bilməz”

Ziyafət Əsgərov: “Qəbələ RLS-in istismarının dayandırılması iki ölkə arasındakı münasibətlərə heç bir təsir göstərə bilməz”
# 13 dekabr 2012 11:47 (UTC +04:00)

Bu açıqlamanı APA-ya Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov verib.

O bildirib ki, 10 il ərzində Azərbaycan hökuməti bu stansiyanı cüzi və simvolik qiymətə icarəyə verib. Z. Əsgərovun sözlərinə görə, həmin vaxtlar bu məsələ müzakirə olunmasa da, indi müqavilə başa çatdığına görə müəyyən söz-söhbətlər meydana çıxır: “Mən hesab edirəm ki, bizim Rusiya ilə çox yaxşı tərəfdaşlığımız var. Təkcə bir analitik informasiya mərkəzinə görə münasibətlər pozula bilməz. Bizim bundan da çox böyük əməkdaşlıq layihələrimiz mövcuddur. Rusiya böyük və dost dövlətdir. Onunla əməkdaşlığımız bundan sonra da davam edəcək”.

Ziyafət Əsgərov Qəbələ RLS-in icarə haqqının yüksək olması barədə fikirlərə də münasibət bildirib: “Azərbaycan tərəfi çox istəyər ki, müasir dövrün tələblərinə, beynəlxalq standartlara görə icarə haqqı artırılsın. Çünki 10 il müddətində bu mərkəz simvolik bir qiymətə icarəyə verilib. Amma belə bir razılıq əldə olunmadı və Rusiya tərəfi icarə haqqı ilə bağlı razılıq vermədiyinə görə stansiyanın istismarını dayandırdı. Biz Rusiyanın bu hüququna hörmətlə yanaşırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR