Azərbaycan xarici dövlətlərin neft-qaz sektoruna birbaşa investisiyalarını 30% artırıb

Azərbaycan xarici dövlətlərin neft-qaz sektoruna birbaşa investisiyalarını 30% artırıb
# 19 dekabr 2012 11:26 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, xaricdən cəlb edilmiş birbaşa investisiyaların həcmi 3 973,7 mln. dollar, xaricə yönəldilən investisiyalar isə 3 103,2 mln. dollara bərabər olub.

Eyni zamanda neft-qaz sektoru üzrə birbaşa investisiyalarda da müsbət saldo yaranıb. Belə ki, 2012-ci ilin 9 ayı ərzində Azərbaycanın neft-qaz sektoruna cəlb edilən birbaşa investisiyaların həcmi 3 128,1 mln. dollar, Azərbaycanın xarici ölkələrin neft-qaz sektorlarına yatırdığı birbaşa investisiyalar isə 2 884,4 mln. dollar təşkil edib. Nəticədə, 243,8 mln. dollar həcmində müsbət saldo yaranıb.

Qeyd edək ki, ötən ilin 9 ayının yekunlarına nisbətən Azərbaycanın neft-qaz sektoruna cəlb edilən birbaşa investisiyaların həcmi 29,1%, Azərbaycanın xarici ölkələrin neft-qaz sektorlarına yönəldilən birbaşa investisiyaların həcmi 29,2%, müsbət saldo isə 29,1% artıb.

Azərbaycanın xarici neft-qaz sektoruna birbaşa investisiyaları Dövlət Neft Şirkətinin Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə yanacaq-energetika və neft-kimya sahələrində iştirakından formalaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR