Uilyam Xeyq: “Azərbaycanı Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmağa və Roma statusunu ratifikasiya etməyə çağırırıq”

Uilyam Xeyq: “Azərbaycanı Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmağa və Roma statusunu ratifikasiya etməyə çağırırıq”
# 16 noyabr 2012 14:54 (UTC +04:00)

APA-nın Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, bu fikirləri Britaniyanın xarici işlər naziri Uilyam Xeyq Beynəlxalq Cİnayət Məhkəməsinə üzv ölkələrin illik toplantısında çıxışı zamanı deyib. Qeyd edək ki, quruma üzv 141 ölkənin nümayəndələri Beynəlxalq Cinayət Məhkəməsinin gələcək perspektivi müzakirə etmək üçün Haaqaya toplaşıblar. Beynəlxalq Cinayət Məhkəməsi soyqırımı, hərbi cinayətlər, insanlığa qarşı cinayətlər törətmiş şəxslərin hüquqi təqibi səlahiyyətinə malik ilk daimi hüquqi institutdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR