Asiya İnkişaf Bankı: Azərbaycan iqtisadiyyatı 2020-ci ildə 130 mlrd. dollara çatacaq

Asiya İnkişaf Bankı: Azərbaycan iqtisadiyyatı 2020-ci ildə 130 mlrd. dollara çatacaq
# 03 dekabr 2012 09:53 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu barədə bu gün Bakıda keçirilən «Azərbaycan-2020: Gələcəyə baxış» konfransında çıxış edən AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirib.


Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı son illər ərzində sürətlə inkişaf edib: «Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatın diversifikasiyasını davam etdirməli, enerji asılılığını azaltmalı, nəqliyyat sahəsində uzun məsafələr üçün yolları təmir etməli, rəqabətə davamlılığı artırmalı və ümumiyyətlə infrastruktura diqqət yetirməlidir».


O.Noroyono qeyd edib ki, 2012-ci il ərzində Azərbaycanın infrastruktura yönəltdiyi sərmayə az olmayıb: «Bizim hesablamalara əsasən, 2020-ci ildə Azərbaycanda ÜDM-in həcmi 130 mlrd. dollara çatacaq, ölkənin infrastrukturun inkişafına yatırdığı investisiyanın həcmi isə 40 mlrd. dollara bərabər olacaq».


AİB rəsmisi bildirib ki, növbəti illərdə Azərbaycan infrastruktur layihələrinin icrası üçün dövlət xərclərini azalda bilməyəcək və bu baxımdan özəl sektorun payı böyük olacaq. Bununla yanaşı, infrastrukturun yaxşılaşdırılması üçün dövlət xərclərindən başqa, xaricdən cəlb olunan vəsait, büdcədənkənar vəsaitlər və əsasən də özəl sektorun rolu böyük olacaq.


AİB-in maliyyə vəsaiti hesabına Azərbaycanda həyata keçirilən layihələrdən söz açan O.Noroyono onu da qeyd edib ki, bu layihələr ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR